• şənbə, 20 Aprel, 01:12
  • Baku Bakı 15°C

Türkmənistan, Azərbaycan və İran svop qazının tədarükünə başlayırlar

25.12.21 12:51 299
Türkmənistan, Azərbaycan və İran svop qazının tədarükünə başlayırlar
Türkmənistan, Azərbaycan və İran arasında imzalanan üçtərəfli təbii qaz ticarəti üzrə saziş bu gün qüvvəyə minəcək.
"Report”xəbər verir ki, müqavilə Türkmənistandan Azərbaycana satılacaq və İran vasitəsilə nəql ediləcək1,2-2 milyardkubmetr təbii qazı nəzərdə tutur.
Qeyd edək ki, Türkmənistan qazı Şimali Türkmənistan-İran sərhədində alqı-satqıya çıxarılacaq və İran-Azərbaycan sərhədində İran qazının ekvivalenti ilə dəyişdiriləcək. Müqavilənin bitmə tarixi yoxdur.
Türkmənistanda imzalanmış üçtərəfli razılaşmaya görə, Türkmənistan Azərbaycana gündəlik5-6 milyonkubmetr qaz satacaq.
Türkmənistan qazı İranın cənub qaz yataqlarına çıxışı məhdud olan şimal əyalətlərinin enerji təchizatı üçün vacibdir. Ancaq Tehranın Türkmənistana qaz tədarükünə görə1,8 milyardABŞ dolları məbləğində borcu var. Razılaşmadan regional infrastruktur, nəqliyyat və gəmiçilik inkişafından faydalanan İran indi bu borcu ödəməyə başlayacaq. İranın tezliklə Türkmənistana ödənişlər etməyə başlayacağı gözlənilir.
Razılaşmadan ən çox qazanc əldə edəcək Tehran çətin ki, onu təhlükəyə atacaq hər hansı addım atsın. Qısamüddətdə, saziş İranın hər iki ölkə ilə əlaqələrini gücləndirəcək və İrana Mərkəzi Asiyada daha çox nüfuz qazandıracaq. Orta və uzunmüddətdə, sövdələşmə davam edərsə, İran bir çox böyük nəqliyyat boru kəmərlərinə qoşula biləcək.
Xatırladaq ki, ölkənin cənubunda böyük qaz ehtiyatlarına malik İran əsasən də qış aylarında şimal vilayətlərinin qaz təminatını həll etmək üçün 1997-ci ildən etibarən Türkmənistandan qaz idxal edir.
banner

Oxşar Xəbərlər