• şənbə, 20 Aprel, 05:55
  • Baku Bakı 15°C

Türklərin 82 faizi "Zeytun budağı"nın uğurlu olacağına inanır

29.01.18 15:20 375
Türklərin 82 faizi "Zeytun budağı"nın uğurlu olacağına inanır
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı "Zeytun budağı" əməliyyatını türklərin 85 faizi dəstəkləyir.
Trend-in məlumatına görə, bu göstərici MAK araşdırma şirkətinin 20-26 yanvar tarixləri arasında 30 şəhər, 23 vilayət və 154 rayonda 5496 nəfərlə keçirdiyi sorğunun nəticəsində əldə olunub. Rəyi soruşulanların 85 faizi əməliyyatı dəstəklədiyini, 68 faizi isə bu əməliyyatda iştirak etməyə hazır olduğunu bildirib.
Vətəndaşların 82 faizi "Zeytun budağı"nın uğurlu olacağına inanır.
Respondentlərin 90 faizi PYD/PKK terrorçularının arxasında ABŞ-ın dayandığını düşünür.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
banner

Oxşar Xəbərlər