• cümə, 29 Mart, 19:53
  • Baku Bakı 14°C

Türkiyənin tanınmış futbol hakimi: “Baxın, Azərbaycanın nəfəsi boynumuzun ardındadır”

10.10.16 13:50 1308
Türkiyənin tanınmış futbol hakimi: “Baxın, Azərbaycanın nəfəsi boynumuzun ardındadır”
Tanınmış türkiyəli şərhçi, keçmiş hakim Ahmet Çakar Azərbaycan millisinin qələbələrinə biganə qalmayıb.

Apasport.az saytı xəbər verir ki, Çakar DÇ-2018-in seçmə mərhələsinə uğursuz start götürən Türkiyə yığmasına məhz millimizi nümunə göstərib.

Dünən qrupda keçirdiyi 3-cü matçda İslandiyaya (0:2) məğlub olan "ay-ulduzlular”ın aktivində cəmi 2 xal var. Robert Prosineçkinin yetirmələri isə ilk 2 oyunda 6 xal toplayıblar.

Çakar "Beyaz TV”də yayımlanan "Beyaz Futbol” verilişində baş məşqçi Fatih Terimi tənqid atəşinə tutub.

O, Terimə məhz Azərbaycan millisinin uğurlu çıxışını örnək göstərib: "İslandiyaHavaLimanını tərk edib, yavaş-yavaş Atlantik okeanından Avropaya doğru yol alan təyyarənin içindəki Fatih Terimə səslənirəm. 5-6 il əvvəl deyirdik ki, qarşımıza Malta, Moldova, Lixtenşteyn, Azərbaycan kimi komandalar çıxmasa, biz bu işi bacarmarıq. Onlara yuxarıdan aşağı baxardıq. Qardaş Azərbaycanın hazırda 6 xalı var. Norveçi məğlub etdilər. Norveç də Ukrayna, İslandiya kimi bir komandadı, kənd komandası deyil. 3-5 il əvvəl futbolunu bəyənmədiyimiz qardaş ölkə Azərbaycanın nəfəsi hazırda "ənsəmizdədi”. Fatih Terimin nəvəsi Yaman babasını kənardan millinin baş məşqçi kimi seyr etmək istəyir. Amma mən Türkiyəni Cəbəllütariq kimi görmək istəmirəm. Mən nəvəmin də bunu görməsini istəmirəm. Baxın, Azərbaycanın nəfəsi boyumuzun ardındadır”.
banner

Oxşar Xəbərlər