• cümə axşamı, 25 aprel, 02:04
  • Baku Bakı 19°C

Türkiyənin Hatay vilayətinə mərminin düşməsi nəticəsində bir uşaq yaralanıb

27.01.18 22:49 483
Türkiyənin Hatay vilayətinə mərminin düşməsi nəticəsində bir uşaq yaralanıb
PYD/YPG terrorçularının Türkiyənin Hatay vilayətinə törətdiyi hücum nəticəsində bir uşaq yaralanıb.
Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, Afrindən Hatayın Reyhanlı rayonuna buraxılan raket 3 mərtəbəli binaya düşüb. Xoşbəxtlikdən bina boş olub.

Yaralanan uşaq xəstəxanaya çatdırılıb.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

banner

Oxşar Xəbərlər