Türkiyənin energetika naziri Azərbaycana səfər edəcək
Türkiyənin energetika və təbii sərvətlər naziriFatih DönməzAzərbaycana səfər edəcək.
Bu barədə "Report"a Türkiyənin Azərbaycandakı səfirliyindən bildiriblər.
F.Dönməz fevralın 20-də Bakıda keçiriləcəkCənub Qaz DəhlizininMəşvərət Şurası çərçivəsində nazirlər toplantısında iştirak edəcək.
Qeyd olunur ki, naziri səfər zamanı geniş nümayəndə heyəti müşayiət edəcək.