• cümə, 26 Aprel, 06:44
  • Baku Bakı 12°C

Türkiyənin Baş Ombudsmanı “Türk Şəhidliyi” abidəsini ziyarət edib

15.09.21 11:09 235
Türkiyənin Baş Ombudsmanı “Türk Şəhidliyi” abidəsini ziyarət edib
Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və "Türk Şəhidliyi" abidəsini ziyarət ediblər.

Kaspi.az-ın məlumatına görə, ombudsmanlar "Əbədi Məşəl" abidəsinin önünə tər güllər qoyublar.

Daha sonra qonaqlar "Türk Şəhidliyi" abidəsi önünə əklil qoyublar.

Qeyd edək ki, Ombudsman Səbinə Əliyevanın dəvəti ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti, Assosiasiyanın Baş katibinin müşaviri Muhammad Javed Ghani Azərbaycana səfərə gəlib.
Sentyabrın 19-dək davam edəcək səfər çərçivəsində bir sıra rəsmi görüşlər nəzərdə tutulub. (Trend)
banner

Oxşar Xəbərlər