Türkiyəli məşqçi Azərbaycandan təklif alıb?
Türkiyəli məşqçi Engin Fırat Azərbaycan millisini çalışdıracağı
barədə iddialara münasibət bildirib.
Kaspi.az xəbər verir ki, hazırda ABŞ-ın "Dallas” klubunda çalışan
məşqçi "Ajansspor”a açıqlamasında yığmamızdan təklif almadığını deyib:
"Hazırda ABŞ-ın "Dallas” komandasındayam. Ancaq burdan ayrılacağam.
Başqa komandada çalışmaq istəyirəm. Bir neçə klubla danışıqlar aparıram. Millilərdən
də təklif var.
Moldova və Kosova yığmalarını çalışdırmaq üçün bu ölkələrdən rəsmi
təklif almışam. Lakin Azərbaycandan təklif almamışam. Bu barədə iddialar
həqiqəti əks etdirmir. Çin liqasında çalışmaq hədəflərim arasındadır”.
Xatırladaq ki, millimizin baş məşqçisi Robert Prosineçkinin
yığmamızla müqavilə müddəti bu ilin dekabrında başa çatacaq.