• cümə, 26 Aprel, 23:31
  • Baku Bakı 22°C

Türkiyəli ekspert: “Şuşa Bəyannaməsi ilə Ermənistanın özbaşınalığının qarşısı alınacaq”

16.06.21 15:30 268
Türkiyəli ekspert: “Şuşa Bəyannaməsi ilə Ermənistanın özbaşınalığının qarşısı alınacaq”
"Qlobal gərginliklərin getdikcə artdığı bir vaxtda NATO sammitindən sonra Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər edərək cənab Prezident İlham Əliyevlə birgə iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalaması çox əhəmiyyətli geopolitik mesajlar verir”.
BunuAPA-nın yerli bürosuna İstanbul Altınbaş Universitetinin dosenti, hərbi ekspert, ehtiyatda olan polkovnik Eray Güçlüer deyib.
O bildirib ki, belə bir məqamda Cənubi Qafqazı imperialist güclərin nəzarətindən çıxararaq regionun münaqişə yuvasına çevrilməsinin qarşısını almaq, sülhü, rifahı təmin etməklə düzgün inkişafa zəmin yaratmaq baxımından Şuşa Bəyannaməsi çox böyük tarixi, siyasi və iqtisadi əhəmiyyətə malikdir: "NATO-nun 2030-cu ilədək yerinə yetirmək istədiyi planında çox önəmli məsələ olan Qarabağda Türkiyə ilə Azərbaycanın belə bir əməkdaşlığa imza atması qlobal güclərə qarşı ən münasib bir balans yaratmış olacaq. Yəni əgər bundan sonra regionda hər hansı bir fəaliyyət olacaqsa, Azərbaycanla Türkiyə bunun xaricində qala bilməz”.

Ekspert qeyd edib ki, Şuşa Bəyannaməsi ilə Ermənistanın özbaşınalığının qarşısı alınacaq: "Azərbaycan-Türkiyə əməkdaşlığı nəticəsində Ermənistanın özbaşınalığına son qoyulacaq. Cənab Prezident İlham Əliyevin də çıxışlarında dediyi kimi, Türkiyə haqlı mübarizəsində Azərbaycanın yanında yer almaqla Ermənistana dəstək verən ölkələrə də öz yerini göstərmiş oldu. Türkiyə-Azərbaycan əməkdaşlığının inkişafı bütünlükdə region ölkələrinin inkişafına səbəb olacaq”.
banner

Oxşar Xəbərlər