Türkiyədən ABŞ-a mesaj: "Qondarma qətnamə layihəsi münasibətləri təhlükə altına alır"
Türkiyə Prezident
Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun
"twitter” səhifəsində ABŞ Senatının 1915-ci il hadisələrini
"erməni soyqırımı” kimi tanıyan qətnamə layihəsini
qəbul etməsi ilə bağlı paylaşım
edib.
Kaspi.az-ın məlumatına görə,F.Altun ABŞ
Konqresinin üzvlərindən bəzilərinin məsələ ilə bağlı münasibətinin Türkiyə-Amerika
əlaqələrinə xələl gətirdiyini söyləyib: "Dünən Senatın
Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi sanksiya qərarı və bu gün Senatdan keçən
qondarma "erməni soyqırımı" ilə bağlı qətnamə layihəsi ikitərəfli əlaqələrin gələcəyini
təhlükə altına alır. "Sülh Çeşməsi" əməliyyatı başladığı gündən bəri hərbi əməliyyatımızın
səbəb və məqsədlərini amerikalı həmkarlarımıza çatdırmışıq.Sanksiyalar və
təhdidlər bizi milli təhlükəsizlik maraqlarımızı qorumaqdan çəkindirməyəcək.ABŞ
Konqresinin bəzi üzvləri Suriyadakı hərbi əməliyyatlarımızdan narahat olduqları
üçün milli təhlükəsizliyimizlə bağlı güzəştə getmək niyyətində deyilik”.
F.Altun əlavə edib ki, YPG ilə ittifaq qurmaq əvvəldən bəri
ağılsız siyasət idi: "Terror təhdidləri qarşısında vətəndaşlarımızın təhlükəsizliyini
və rifahını təmin etməyə davam edəcəyik.
ABŞ Konqresinin bəzi üzvlərinin tarixi siyasiləşdirmək məqsədilə atdıqları hər
addımda bu hadisələri araşdırmaq üçün birgə komissiya yaratmaq təklifimizi
xatırlatdıq. Qeyd etdik ki, tarix millətləri bölməməli, əksinə onları birləşdirməlidir.Ancaq son bir neçə aydır ABŞ Konqresinin bəzi üzvləri NATO
müttəfiqinin fikirlərini və həssaslıqlarını nəinki görməzdən gəlir, eyni
zamanda iki ölkə və cəmiyyət arasındakı münasibətləri gərginləşdirmək üçün məsuliyyətsiz
hərəkət edirlər.
Bu qərarlar, Türkiyə ilə ABŞ arasındakı əlaqələrə heç bir
fayda gətirməyəcək.Daha əvvəl də qeyd etdiyimiz kimi, ermənilərdən
fikir ayrılıqlarımızı elmi və akademik kanallar vasitəsilə uzlaşdıracaq səylərin
ABŞ Konqresi tərəfindən ortadan qaldırılmasına imkan yaratmamalarını gözləyirik.
Tarix, bu qərarları
ABŞ Konqresinin bəzi üzvlərinin Türkiyəyə qarşı məsuliyyətsiz və məntiqsiz hərəkətləri
olaraq görəcək. Bu qərarlarda imzası olanlar isə iki ölkə əlaqələrində uzunmüddətli
ziyana səbəb olan tərəf olaraq tarixə düşəcək”.