• şənbə, 20 Aprel, 17:56
  • Baku Bakı 23°C

"Türkiyədəki suriyalıların torpaqlarına qayıtması üçün Afrin əməliyyatını keçiririk"

28.01.18 19:45 423
"Türkiyədəki suriyalıların torpaqlarına qayıtması üçün Afrin əməliyyatını keçiririk"
"Avropada bəziləri Türkiyə ordusuna işğal ordusu deyir. Tarixinizə baxın, tarixiniz Afrikanın, digər bölgələrin işğalı, sömürülməsi ilə doludur".

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidentiRəcəb Tayyib ƏrdoğanAmasiya şəhərində keçirilən mitinqdə bildirib.

R. T. Ərdoğan Almaniyada polislərin gözü qarşısında PKK terror təşkilatının üzvlərinin məscidlərə hücum çəkdiyini söyləyib: "Ancaq biz bu ölkədə heç bir terrorçuya sığınacaq vermədik. O terrorçuları ya ölkələrinə göndərdik, ya da həbs etdik. Onlara kimin işğalçı, kimin qonaqpərvər olduğunu göstərəcəyik. Biz Afrinə niyə girmişik? Məqsədimiz Afrini işğal etmək deyil. Hazırda 3 milyondan çoxsuriyalı Türkiyədə qonağımızdır. Busuriyalıların torpaqlarına qayıtması üçün Afrin əməliyyatını həyata keçirir, o torpaqları PKK terror təşkilatınınSuriyaqolu PYD/YPG-dən azad edirik. Biz "Fərat qalxanı" əməliyyatı iləSuriyada 2 min kv.km ərazini İŞİD terrorçularından azad etdik, 100 mindən çoxsuriyalı o torpaqlara qayıtdı. Qalansuriyalıların da qayıtması üçün ordumuz bu əməliyyatları keçirir".

Qeyd edək ki, yanvarın 20-də Türkiyə ordusu müxalif AzadSuriyaOrdusu ilə birlikdəSuriyanın Afrin bölgəsinin PYD/YPG terrorçularından təmizlənməsi üçün "Zeytun budağı" əməliyyatına başlayıb.
banner

Oxşar Xəbərlər