• şənbə, 20 Aprel, 10:26
  • Baku Bakı 14°C

Türkiyədə yaşayan xalq artistimizdən Poznerə cavab

02.10.20 12:37 637
Türkiyədə yaşayan xalq artistimizdən Poznerə cavab
Azərbaycanın tanınmış aktyoru, xalq artisti Cahangir Novruzov feysbuk hesabından ermənipərəst mövqeyi ilə seçilən rusiyalı jurnalist Vladimir Poznerə tutarlı cavab verib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, xalq artisti yazıb:"Özünüzü nüfuzdan salmısınız. Ağlı başında olan ermənilər üçün də fikrinizin heç bir dəyəri yoxdur. Satılmısınız. Corc Bernard Şounun belə bir sözü var "Unutmaq lazım deyil ki, pul ilə alınan hər şey onsuz da ucuzdur”. V.Şukşinin də gözəl bir sözü var: "Kasıb olmaq ayıb deyil, ucuz olmaq ayıbdır”.

Mən isə belə deyərdim: "Türk olmaq çox çətindir, çünki bütün dünya səninlə mübarizə aparır. Türk olmamaq daha çətindir, çünki Türk ilə mübarizə aparırsan”.
Rəsmi saytında ruhən erməniləri dəstəklədiyini deyən V.Pozner qeyd etmişdi ki, "Əgər Qarabağda müharibə gedirsə, BMT dərhal bu məsələyə qarışmalıdır. Yox, əgər bu məsələyə üçüncü ölkələr qarışırsa, onlara qarşı ən sərt sanksiyalar tətbiq edilməlidir”.
banner

Oxşar Xəbərlər