AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkiyədə planlaşdırılan terror aktının qarşısı alınıb

Türkiyədə planlaşdırılan terror aktının qarşısı alınıb

Təfsilat
25 May 2020, 14:00 276
Türkiyənin Diyarbəkir bölgəsində Ramazan bayramı günlərində planlaşdırılan terror aktının qarşısı alınıb.
AZƏRTAC xəbər verir ki, terror aksiyasının qarşısı yerli polisin keçirdiyi antiterror əməliyyatı nəticəsində alınıb. Bildirilir ki, PKK terrorçularının istifadə edəcəkləri silah-sursat, o cümlədən qranat və əldədüzəltmə bombalar məzarlıqda aşkar edilib. Faktla bağlı 6 nəfər saxlanılıb.