• çərşənbə axşamı, 23 aprel, 22:54
  • Baku Bakı 20°C

Türkiyədə PCR testi məcburiyyətinin aradan qaldırılması ilə bağlı alınan qərara dəyişikliklər edilib

16.01.22 18:00 274
Türkiyədə PCR testi məcburiyyətinin aradan qaldırılması ilə bağlı alınan qərara dəyişikliklər edilib
Türkiyənin Səhiyyə Nazirliyi ölkədə PCR testi məcburiyyətinin aradan qaldırılması ilə bağlı alınan qərara dəyişikliklər edib.
AZƏRTAC xəbər verir ki, dəyişikliyə əsasən, son 180 gün ərzində COVID-19 keçirməyən, peyvənd olunmayan və ya peyvənd dozası tamamlanmayan şəxslərdən xarici ölkələrə səyahət zamanı səfər edəcək ölkənin qanunlarına uyğun PCR testi tələb olunacaq.
Eləcə də, Türkiyədə ölkə daxilində təyyarə, avtobus, qatar və ya digər ictimai nəqliyyat vasitələri ilə şəhərlərarası səyahət edəcək, eyni kriteriyalara uyğun vətəndaşlardan da PCR testi tələbi qüvvədə qalır.
Ölkə üzrə qadağanın aradan qaldırılması ilə bağlı qərar kino, teatr, konsert və bu kimi əhalinin sıx toplaşdığı tədbirlərə şamil olunur.
banner

Oxşar Xəbərlər