• cümə, 19 Aprel, 17:58
  • Baku Bakı 25°C

Türkiyədə partiya sədri qəzəbli kütlənin hücumuna məruz qalıb

21.04.19 20:52 500
Türkiyədə partiya sədri qəzəbli kütlənin hücumuna məruz qalıb
Türkiyədə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Klıçdaroğlu Ankarada qatıldığı şəhid hərbçi Yener Kırıkcının yas mərasimində qəzəbli kütlənin hücumuna məruz qalıb.
AZƏRTAC xəbər verir ki, təhlükəsizlik qüvvələrinin əməkdaşları partiya sədrini qəzəbli kütlənin əlindən alıb. Partiya sədri hadisə yerindən zirehli maşınla uzaqlaşdırılıb.
Xatırladaq ki, aprelin 19-da Türkiyə Silahlı Qüvvələri hərbi birləşmələrinin İraqla dövlət sərhədində apardığı antiterror əməliyyatı zamanı PKK terrorçularının hücumu nəticəsində 4 türk hərbçisi şəhid olub, 6-si yaralanıb. Müqavilə əsasında hərbi xidmətdə olan Yener Kırıkcı şəhidlərdən biridir. Cümhuriyyət Xalq Partiyası PKK terror təşkilatının siyasi qanadı olan HDP ilə müttəfiqlikdə ittiham olunduğu üçün davamlı olaraq şəhid cənazə mərasimlərində belə insidentlər baş verir.
Türkiyənin ali vəzifəli şəxsləri müxalifət partiya sədrinə hücumun yolverilməz olduğu barədə açıqlama veriblər. Hadisə ilə bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər