• şənbə, 20 Aprel, 08:14
  • Baku Bakı 14°C

Türkiyədə ilin əvvəlindən 457 terrorçu zərərsizləşdirilib

18.11.19 10:00 603
Türkiyədə ilin əvvəlindən 457 terrorçu zərərsizləşdirilib
Türkiyənin təhlükəsizlik orqanları cari ilin yanvar-oktyabrında bütovlükdə ölkə üzrə109423antiterror əməliyyatı keçirib.
Bu barədə "Report" "Anadolu"ya istinadən xəbər verir.
TürkiyəninDaxili İşlər Nazirliyinin yaydığıməlumata görə, ölkənin müxtəlif əyalətlərində jandarm qüvvələrinin və aviasiyanın köməyi ilə "Kıran" əməliyyatının bütövlükdə altı mərhələsi keçirilib. Əməliyyatlar çətinliklə gedilə bilən dağlıq ərazilərdə terrorçuların qış bazalarını formalaşdırmasının qarşısını alıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, əgər 2018-ci il ərzində ümumilikdə ölkə üzrə97377əməliyyat keçirilmişdisə, cari ilin yalnız10ayında bu göstərici demək olar,110minə çatıb.
Bu ilin yanvar-oktyabr aylarında Türkiyədə457terrorçu zərərsizləşdirilib, daha257nəfər yaxalanıb. Polis və jandarmeriya11380-dən çox terrorçunu və onların əlaltısını saxlayıb.
banner

Oxşar Xəbərlər