• çərşənbə axşamı, 16 aprel, 13:54
  • Baku Bakı 19°C

Türkiyədə həbs olunmuş nazir oğlu buraxıldı

21.12.13 08:08 1324
Türkiyədə həbs olunmuş nazir oğlu buraxıldı
Türkiyədə 17 dekabr əməliyyatı zamanı saxlanılan ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraktarın oğlu Abdullah Oğuz Bayraktar sərbəst buraxılıb.
APA-nın “Doğan” agentliyinə istinadən verdiyi məlumata görə, A.O.Bayraktarın oğlunun adı azadlığa buraxılan 14 nəfərin siyahısında yer alıb.
A.O.Bayraktar jurnalistlərə qısa açıqlama da verib. Baş verənlərdə heç nəyi anlamadıqlarını deyən nazir oğlu bununla belə hər şeyə hazır olduqlarını vurğulayıb.
banner

Oxşar Xəbərlər