• cümə axşamı, 28 mart, 15:02
  • Baku Bakı 16°C

Türkiyədə etirazlar yenidən qızışır

12.07.13 07:02 1261
Türkiyədə etirazlar yenidən qızışır
APA-nın xəbərinə görə, şəhərin mərkəzində razılaşdırılmamış aksiyaya toplaşan insanlar sonradan polis əməkdaşlarını daş atəşinə tutub.
Polis əvvəlcə etirazçılara kiçik yürüş etməyə icazə verib, lakin aksiya iştirakçıları Respublika meydanına yaxınlaşdıqda asayiş keşikçiləri onların qabağını kəsib. Polis etirazçıları dağılışmağa çağırıb, buna cavab olaraq aksiya iştirakçıları oturaq aksiyası keçirməyə qərar veriblər. Bir müddət sonra etirazçılar polis kordonunu qırıb keçməyə cəhd edib və bu zaman toqquşmalar başlayıb.
Yerli telekanallar və sosial şəbəkələr ağır xəsarətlər olmaqla, onlarla etirazçının yaralandığını qeyd edirlər. Saxlanılanların olduğu bildirilir. Bəzi məlumatlara görə, polisə dəstək məqsədilə şəhərə əlavə jandarma qüvvələri cəlb olunub.
Qeyd edək ki, yeni etiraz dalğasına səbəb iğtişaşlar zamanı xəsarət almış 19 yaşlı şəhər sakini İsmayıl Qorxmazın ölümü olub. O, Əskişəhərdə iyunun 2-də baş vermiş iğtişaşlar zamanı ağır xəsarətlər alıb və 38 gün sonra xəstəxanada keçinib.
Analoji etiraz aksiyaları Antakyada iyulun 10-dan 11-nə keçən gecə də keçirilmişdi.
banner

Oxşar Xəbərlər