• şənbə, 20 Aprel, 10:47
  • Baku Bakı 14°C

Türkiyədə dünyanın ən böyük peyvənd araşdırma və istehsal mərkəzi fəaliyyət göstərəcək

25.12.21 15:38 284
Türkiyədə dünyanın ən böyük peyvənd araşdırma və istehsal mərkəzi fəaliyyət göstərəcək
Tamamilə yerli və milli imkanlardan istifadə olunmaqla peyvəndimizin hazırlanmasının hər mərhələsində öz alimlərimiz, tədqiqatçılarımız iştirak ediblər. İstifadə üçün icazə alındıqdan sonra "Sinovac” və "Biontech”lə yanaşı, yerli peyvəndimiz "Turkovac”ı da vətəndaşlarımıza təqdim edəcəyik. Dünyanın ən böyük tutumlu peyvənd araşdırma, təkmilləşdirmə və istehsal mərkəzi olaraq Ankarada "Gigiyena layihəsi”ni həyata keçiririk. Ankaranın Esenboğa hava limanının yaxınlığında 50 min kvadratmetr qapalı sahəsi olan "Gigiyena layihəsi”nin tender mərhələsi gələn həftə tamamlanacaq.
AZƏRTACxəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli media nümayəndələrinə müsahibəsində bildirib.
Müsahibəsində bir çox aktual mövzulara toxunan Türkiyə Prezidenti son günlər ölkənin valyuta məzənnələrində baş verən dalğalanmalar haqqında danışaraq yeni qərarlarla bu məsələnin tənzimlənərək türk lirəsinin xarici valyutaya qarşı dəyər qazandığını deyib. Bildirib ki, məqsəd məzənnə dəyişikliyini azaltmaq, türk lirəsini daha dəyərli etməkdir.
banner

Oxşar Xəbərlər