• cümə, 29 Mart, 14:26
  • Baku Bakı 14°C

Türkiyədə bu gün COVID-19-dan 193 nəfər ölüb

02.12.20 22:13 424
Türkiyədə bu gün COVID-19-dan 193 nəfər ölüb

Türkiyədə COVID-19-dan gündəlik ölümlə bağlı yeni rekord qeydə alınıb. Son sutka ərzində ölkədə koronavirusdan (COVID-19) 193 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında belə bildirib.
Nazir qeyd edib ki, son 24 saatda 183 624 nəfər koronavirus testindən keçib, 6690 xəstənin COVID-19 testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyən xəstələrlə birlikdə 31 923 nəfər COVID şübhəlisi olaraq qeydiyyata alınıb. Ağır xəstə sayı dünənlə müqayisədə 199 nəfər artaraq 5502 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 513 656 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 14 129 nəfəri ölüb.
banner

Oxşar Xəbərlər