AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkiyədə beş terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub

Türkiyədə beş terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub

Təfsilat
19 Yanvar 2020, 09:00 610
Türkiyənin Şırnak vilayətindəki Habur sərhəd-keçid məntəqəsində beş terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.
 
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, ölkədə terrorizmə qarşı aparılan uğurlu əməliyyatlar, ailələrin dəstəyi və danışıqların nəticəsi olaraq son illər Türkiyədə təslim olan terrorçuların sayı getdikcə artmaqda davam edir. Bu ilin əvvəlindən etibarən danışıqlar yolu ilə təslim olan terrorçu sayı 13 nəfərə çatıb.