• cümə, 19 Aprel, 04:47
  • Baku Bakı 18°C

Türkiyədə azərbaycanlı alimin kitabı nəşr olundu

11.10.17 15:10 1460
Türkiyədə azərbaycanlı alimin kitabı nəşr olundu
Uzun illərin tədqiqatının nəticəsi olan bu kitabın işıq üzü görməsindən qürur duyduğunu ifadə edən professor Babək Qurbanov ensiklopedik nəşrin Qaziantep Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında nəşrə hazırlandığını söyləmişdir. Alim bildirmişdir ki, əsərdə estetik və bədii terminlərin izahına geniş yer verilməklə yanaşı, mövzu ilə bağlı bir sıra elmi tədqiqatlar da yer almışdır.
Hər iki ölkənin ziyalı auditoriyası üçün mükəmməl elmi mənbə olan bu nəşri geniş mənada monoqrafik səciyyəli əsər kimi də dəyərləndirmək olar. Kitabda bəzi termin və anlayışların izahı ilə yanaşı, həmyerlimizin estetika və sənətlə bağlı bir çox elmi jurnallarda və mətbuatda yayımlanmış yazıları da dərc edilmişdir. Babək Qurbanov lüğətin sənətçilər, estetika sahəsində çalışan elm adamları, incəsənət fakültəsinin tələbələri, bu sahəyə maraq göstərən oxucular üçün də gərəkli vəsait olacağına inandığını qeyd etmişdir.
banner

Oxşar Xəbərlər