Türkiyədə 5 maqnitudaya yaxın zəlzələ baş verib
Türkiyənin qərb hissəsində 4,8 maqnituda zəlzələ olub.
"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə 01.16-da qeydə alınıb. Zəlzələnin episentri Ankaradan 147 km şimal-qərbə düşüb. Ocaq yerin 2 km. dərinliyində yerləşib.
Mümkün dağıntı və tələfat barədə məlumat yoxdur.