Türkiyədə 3673 cinayətkar göz altına alınıb
Türkiyənin təhlükəsizlik, jandarma və sahil mühafizəsi xidmətlərinin 58 min 528 əməkdaşının iştirakı ilə ölkənin müxtəlif bölgələrində "Türkiyə Güvən-Dinclik (2019-1)" əməliyyatı keçirilib.
AZƏRTACxəbər verir ki, əməliyyat nəticəsində axtarışda olan 3673 nəfər göz altına alınıb, itkin düşmüş hesab edilən dördü uşaq olmaqla, 94 nəfər tapılıb.