AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkiyə Xocalı soyqırımını unutmağa imkan verməyəcək

Türkiyə Xocalı soyqırımını unutmağa imkan verməyəcək

Siyasət
26 Fevral 2013, 13:12 1782
Türkiyə Xocalı soyqırımını heç vaxt unutmayacaq və unutmağa imkan verməyəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə Xocalıda baş vermiş hadisələrə görə Azərbaycanın kədərini bölüşür və Azərbaycan xalqı ilə həmrəyliyini bildirir. Ərdoğan qeyd edib ki, Xocalı soyqırımının baş verməsindən 21 il ötməsinə baxmayaraq, bu cinayətin günahkarları indiyədək cəzalandırılmayıb, Azərbaycan torpaqları isə hələ də Ermənistanın işğalı altındadır.