• cümə axşamı, 25 aprel, 09:11
  • Baku Bakı 14°C

Türkiyə XİN İraq Kürdüstanda referendum keçirilməsi ilə bağlı bəyanat yayııb

25.09.17 10:05 753
Türkiyə XİN İraq Kürdüstanda referendum keçirilməsi ilə bağlı bəyanat yayııb
TürkiyəXarici İşlər Nazirliyibu günİraqKürdüstanda keçirilməsi planlaşdırılan referenduma dair bəyanat yayıb.
APA-nın "Milliyyət”-ə istinadən verdiyi xəbərə görə, bəyanatda milli təhlükəsizliyinin pozulacağı halda Türkiyənin hərəkətə keçəcəyi bir daha vurğulanıb.
Bəyanatda deyilir ki,İraqKürdüstanda bu gün keçiriləcək referendumun nəticələri bütün hallarda əsassız sayılır: "Biz beynəlxalq hüquqa vəİraqKonstitusiyasına görə hər hansı qanuni əsas və legitimliyi olmayan bu təşəbbüsü tanımırıq.
Türkiyənin və beynəlxalq ictimaiyyətin xəbərdarlıqlarına baxmayaraq, referendum keçirtməkdə israr edən və sadəcəİraqın deyil, bütün bölgənin sülh və sabitliyini təhlükəyə atanİraqKürdüstanının bu təşəbbüsünü təəssüflə qarşılayırıq.
Bütün beynəlxalq ictimaiyyətin, xüsusilə də region ölkələrinin referenduma ardıcıl yanaşması davam etdirilməlidir. Bu qeyri-qanuni cəhdin nəticələrinin qarşısını almaq vacibdir. Məsud Bərzaninin qısamüddətli siyasi maraqların arxasınca qaçmaq yerinə bütünİraqxalqının uzunmüddətli dincliyini və rifahını təmin edən siyasət yürütməsi lazımdır. Bir daha vurğulayırıq ki, referendumla bağlı milli təhlükəsizliyimizə yönələcək hər cür təhlükələrə qarşı bütün tədbirləri görəcəyik”.
Qeyd edək ki,İraqKürdüstanı Yerli Müxtariyyətinin rəhbəri Məsud Bərzani sentyabrın 25-dəİraqKürdüstanında müstəqillik referendumunun keçirilməsi barədə qərar qəbul edib.İraqhökuməti və parlamenti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa vəBMT">BMTnümayəndələri M.Bərzani ilə görüşərəkalternativ təklif irəli sürərək referendumu təxirə salmağa çağırıblar.
M. Bərzani isə geri addım atmayacaqlarını deyib. O bildirib ki, sonunda ölüm də olsa, buna hazırdırlar: "Artıq öz müqəddəratımızı təyin etməyin vaxtı gəldi. Heç kimin bizə yol göstərməsini istəmirik”.
M. Bərzani Türkiyə başda olmaqla, qonşu dövlətlərə yaxşı əlaqələrə malik olmaq istədiklərini söyləyib: "Ümid edirəm ki, referendum Türkiyə ilə olan münasibətlərimizə təsir etməz. Ancaq heç kimin təhdidini də qəbul etmirik”.
M. Bərzani rəsmi Bağdadla beynəlxalq qarantiya altında anlaşmaq istədiklərini vurğulayıb.
banner

Oxşar Xəbərlər