• cümə axşamı, 28 mart, 16:28
  • Baku Bakı 16°C

Türkiyə XİN ABŞ-ın qərarını qanunsuz adlandırıb

18.07.19 10:22 22378
Türkiyə XİN ABŞ-ın qərarını qanunsuz adlandırıb
ABŞ-ın Türkiyəni F-35 proqramından çıxartması qərarı müttəfiqlik ruhuna zidd olan birtərəfli və qanunsuz addımdır.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Ağ Ev və ABŞ Müdafiə Nazirliyi bəyan etdi ki, bizim ölkəmiz S-400 komplekslərinin alınmasına görə F-35 proqramından çıxarılacaq. Bu birtərəfli addım müttəfiqlik ruhuna zidddir və qanuni əsaslara söykənmir. F-35 proqramının əsas tərəfdaşlarından biri olan Türkiyənin proqramdan çıxarılması ədalətsizdir. S-400 komplekslərinin F-35 qırıcılarına təhdid doğurması barədə iddialar əsassızdır. Türkiyənin bu məsələ üzrə NATO ilə birgə işçi qrupunun yaradılması barədə cavabsız qalan təklifi ABŞ-ın bu problemi vicdanla həll etmək istəməməsinin göstəricisidir".
Qeyd edilir ki, ABŞ Türkiyə ilə əlaqələrin vacibliyini yalnız sözdə deyil, həm də hərəkətlərlə göstərməlidir: "Biz ABŞ-ı strateji əməkdaşlığımıza düzəlməz ziyan vuracaq bu səhvdən imtina etməyə çağırırq".
banner

Oxşar Xəbərlər