• şənbə, 20 Aprel, 07:47
  • Baku Bakı 14°C

Türkiyə xarici işlər naziri: "Azərbaycanda FETÖ-yə qarşı həyata keçirilən tədbirləri alqışlayırıq"

03.12.16 15:15 819
Türkiyə xarici işlər naziri: "Azərbaycanda FETÖ-yə qarşı həyata keçirilən tədbirləri alqışlayırıq"
"Azərbaycana son səfərimdən sonra Türkiyədə hərbi çevriliş cəhdi oldu".
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycanda işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
M. Çavuşoğlu çətin vaxtında Türkiyəyə verdiyi dəstəyə görə Azərbaycana, prezidentİlham Əliyevə təşəkkür edib: "Qardaşlıq çətin günlərdə üzə çıxır. Biz bunu heç vaxt unutmayacağıq. FETÖ-nün üzünü bir daha gördük. FETÖ-yə qarşı Azərbaycanda həyata keçirilən tədbirləri alqışlayırıq".
Türkiyə xarici işlər naziri bildirib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir: "Bu istiqamətdə əməkdaşlığımızı daim gücləndirmək üçün çalışırıq.TANAPbizim üçün birinci dərəcəli layihədir. Öncə Azərbaycan qazı Türkiyəyə gələcək, daha sonra Avropaya ixrac olunacaq".
M. Çavuşoğlu deyib ki, üçlü formatda keçiriləcək görüşlərlə bağlı da nazir E. Məmmədyarovla müzakirələr aparıb.
banner

Oxşar Xəbərlər