AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkiyə və ABŞ müdafiə nazirləri təhlükəsizlik məsələlərini müzakirə ediblər

Türkiyə və ABŞ müdafiə nazirləri təhlükəsizlik məsələlərini müzakirə ediblər

Təfsilat
11 İyun 2021, 10:45 86
Türkiyənin müdafiə naziri Hulusi Akar və onun amerikalı həmkarı Loyd Ostin arasında telefon danışığı olub.
 
Trend-in Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli müdafiə nazirliyi məlumat yayıb.
 
Tərəflər telefon danışığı zamanı ikitərəfli və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
 
"Söhbət əsnasında Milli müdafiə naziri Hulusi Akar və ABŞ Müdafiə naziri Lloyd Ceyms Ostin NATO-nun qarşıdakı sammiti ərəfəsində regional və ikitərəfli müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı müsbət fikir mübadiləsi apardılar", - məlumatda deyilir.
 
Xatırladaq ki, NATO Sammiti 14 iyunda Belçikanın paytaxtı Brüsseldə keçiriləcək.