• şənbə, 27 Aprel, 04:14
  • Baku Bakı 14°C

Türkiyə və ABŞ müdafiə nazirləri Əfqanıstandakı vəziyyəti müzakirə ediblər

20.06.21 10:45 228
Türkiyə və ABŞ müdafiə nazirləri Əfqanıstandakı vəziyyəti müzakirə ediblər
Türkiyənin müdafiə naziri Hulusi Akar və onun amerikalı həmkarı Loyd Ostin arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat xidməti bildirib.
Tərəflər telefon danışığı zamanı ikitərəfli əməkdaşlıq və Əfqanıstanda daimi diplomatik korpusunun saxlanılması məsələlərini müzakirə ediblər.
"Nazir [Ostin] uzun müddətdir davam edən ABŞ-Türkiyə müdafiə əlaqələrinin əhəmiyyətini vurğuladı və nazir [Akara] sülh və təhlükəsizlik məsələlərində davamlı təmas və əməkdaşlığı üçün təşəkkür etdi", - məlumatda deyilir.
banner

Oxşar Xəbərlər