• cümə axşamı, 28 mart, 14:06
  • Baku Bakı 16°C

Türkiyə Təhlükəsizlik Şurası İraq Kürdüstanındakı referendumu qeyri-qanuni adlandırıb

22.09.17 23:15 746
Türkiyə Təhlükəsizlik Şurası İraq Kürdüstanındakı referendumu qeyri-qanuni adlandırıb
Türkiyə Təhlükəsizlik ŞurasıİraqKürdüstanında keçiriləcək referendumu qeyri-qanuni və qəbuledilməz adlandırıb.
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə prezidentRəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Təhlükəsizlik Şurasının iclasının yekununa dair bəyanatda bildirilir.
"Referendum baş tutduğu halda, Türkiyə beynəlxalq hüququ müdafiə edəcək.İraqın xalqları - ərəblər, kürdlər, türkmənlər yalnız vahid ölkə çərçivəsində sülhdə yaşaya bilərlər. Referendumun nəticələri olduqca mənfi fəsadlar verə bilər”, sənəddə vurğulanıb.
Bəyanatda həmçinin bildirilib ki, rəsmi AnkaraİraqKürdüstanı iləİraqın mərkəzi hökuməti arasında bütün mübahisəli məsələləri konstitusiya əsasında həll etmək üçün səy göstərməyə hazırdır.
Qeyd edək ki,İraqKürdüstanı Yerli İdarəçiliyinin rəhbəri Məsud Bərzani sentyabrın 25-dəİraqKürdüstanında müstəqillik referendumunun keçirilməsi barədə qərar qəbul edib.İraqhökuməti və parlamenti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa vəBMTnümayəndələri M.Bərzani ilə görüşərək alternativ təklif irəli sürərək referendumu təxirə salmağa çağırıblar.İraqKürdüstanının ali seçki qurumu isə Qərbin müstəqillik referendumunun təxirə salınması təklifini rədd edib.
banner

Oxşar Xəbərlər