• cümə, 29 Mart, 17:28
  • Baku Bakı 14°C

Türkiyə Superliqasının XXV turuna start verilib

09.03.19 09:30 620
Türkiyə Superliqasının XXV turuna start verilib
Futbol üzrə Türkiyə Superliqasının XXV turuna "Sivasspor”-"Yeni Malatyaspor” matçı ilə start verilib.
AZƏRTACxəbər verir ki, oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün 35-ci dəqiqəsində "Sivasspor”un hücumçusu Fateh Aksoy hesabı açıb. Matçın 45-ci dəqiqəsində meydan sahibləri hesab arasındakı fərqi iki topa çatdırıblar - 2:0. Bu dəfə Duqlas Pereyra fərqlənib.
Bu oyundan sonra "Sivasspor" 34 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Malatya təmsilçisi rəqibi eyni xala malik olsa da, topların fərqinə görə ondan öndədir.
Qeyd edək ki, turun ən maraqlı qarşılaşması "Başakşəhər” və "Fənərbağça” komandaları arasında keçiriləcək.
banner

Oxşar Xəbərlər