• cümə axşamı, 18 aprel, 16:48
  • Baku Bakı 22°C

Türkiyə Qolan yüksəklikləri məsələsini BMT Baş Assambleyasına çıxaracaq

25.03.19 09:45 432
Türkiyə Qolan yüksəklikləri məsələsini BMT Baş Assambleyasına çıxaracaq
Türkiyə Qolan yüksəklikləri məsələsini BMT Baş Assambleyasına çıxaracaq. Trend-in məlumatına görə, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli televiziyaya müsahibəsində bildirib.
Ərdoğan qeyd edib ki, BMT bu məsələ barədə artıq mövqeyini bildirib. Bundan əlavə Türkiyə Prezidenti Trampla görüşüb ona Netanyahuya seçkilərə Qolan yüksəkliklərini "qızıl sinidə” hədiyyə etməklə böyük səhv edir.
"Bu bütün dünyaya təhdiddir. Türkiyə Qolan yüksəklikləri məsələsini BMT Baş Assambleyasına çıxaracaq.”, deyə Ərdoğan bildirib.
Xatırladaq ki, Tramp 21 martda Twitter-də yazmışdı ki, ABŞ-ın Qolan yüksəklikləri üzərində İsrailin suverenliyini tanımaq vaxtı gəlib çatıb.
banner

Oxşar Xəbərlər