Türkiyə qırıcıları İraqın şimalında 7 PKK terrorçusunu məhv ediblər

Türkiyə qırıcıları İraqın şimalında 7 PKK terrorçusunu məhv ediblər

Təfsilat
16 İyun 2019, 16:10 179
Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri İraqın şimalında PKK terrorçularının mövqelərinə zərbələr endiriblər.
 
Trend-in Türkiyə KİV-lərinə isitnadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdaifə Nazirliyindən bildiriblər.
 
Nazirliyin məlumatında deyilir: "Türkiyə təyyarələri "Pəncə" əməliyyatı ilə koordinasiyada İraqın şimalında yerləşən Metina və Qandil rayonlarında PKK terror qruplaşmasının mövqelərinə hava zərbələri endiriblər. Hava əməliyyatı zamanı 7 PKK terrorçusu məhv edilib. Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları da məhv edilib".

Xatırladaq ki, mayın 28-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda irimiqyaslı "Pəncə" əməliyyata başlayıblar.