• çərşənbə axşamı, 16 aprel, 12:51
  • Baku Bakı 19°C

Türkiyə Prezidenti yeddi aylıq əməkhaqqını ianə edib

31.03.20 09:45 809
Türkiyə Prezidenti yeddi aylıq əməkhaqqını ianə edib
Türkiyədə koronovirusla mübarizə tədbirləri çərçivəsində Milli Həmrəylik Kampaniyası başladılıb. Kampaniyanın əsas məqsədi aztəminatlı ailələrə əlavə maddi dəstək göstərməkdir.
AZƏRTACxəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti yığıncağından sonra açıqlamasında bildirib.
Türkiyə Prezidenti yeddi aylıq əməkhaqqı məbləğini kampaniya çərçivəsində ölkənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi nəzdində açılan hesaba ianə edib.
Toplantıda sağlamlıq tədbirləri, qida və ictimai təhlükəsizlik kimi mövzuların müzakirə olunduğunu bildirən Rəcəb Tayyib Ərdoğan epidemiyanın ilk günlərindən etibarən elmi komitənin tövsiyələrinə uyğun olaraq Türkiyədə sağlamlıq tədbirlərinin tamamilə həyata keçirildiyini, koronovirusla mübarizə üçün ölkədə istər tibbi heyət, istəsə də avadanlıq baxımından heç bir çətinliyin olmadığını, yeni xəstəxanaların istifadəyə verildiyini, gələcək aylarda da ən son texnologiyalara uyğun bir necə tibb ocağının açılacağını deyib.
Bildirilib ki, hazırda ölkədə hər gün on min nəfər koronavirus testindən keçirilir, 39 yaşayış məntəqəsi karantinə alınıb.
Qeyd edilib ki, hazırda ölkənin 41 şəhərində yerləşən tələbə yataqxanalarında 21 min 500 vətəndaş karantindədir.
banner

Oxşar Xəbərlər