• cümə axşamı, 28 mart, 22:50
  • Baku Bakı 13°C

Türkiyə Prezidenti Azərbaycanın Müdafiə nazirini və Baş Qərargah rəisini qəbul edib

14.09.21 23:00 245
Türkiyə Prezidenti Azərbaycanın Müdafiə nazirini və Baş Qərargah rəisini qəbul edib
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib.
Bu barədə Kaspi.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Qəbulda Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Güler də iştirak edib.
banner

Oxşar Xəbərlər