• cümə axşamı, 28 mart, 12:37
  • Baku Bakı 16°C

Türkiyə paytaxtı da daxil olmaqla ölkənin böyük hissəsi ağ örpəyə bürünüb

19.03.20 17:45 641
Türkiyə paytaxtı da daxil olmaqla ölkənin böyük hissəsi ağ örpəyə bürünüb
Martın 18-də axşam saatlarında Türkiyə paytaxtı da daxil olmaqla Anadolunun böyük bir hissəsinə qar yağmağa başlayıb. Hazırda Ankara, Bolu, Əskişəhər və digər şəhərlər ağ örpəyə bürünüb.
AZƏRTACxəbər verir ki, şəhər təsərrüfatının idarə olunmasına bir sıra çətinlik yaradan vaxtsız qar ölkə gündəmində o qədər də aktual deyil. Çünki yeni tip koronavirus (COVID-19) infeksiyası ilə bağlı bütün təhsil müəssisələrində dərslər dayandırılıb. İş yerlərində çalışmalarda ciddi məhdudiyyət qoyulub.
Şəhərlərin bələdiyyələri mərkəzi yolları qardan təmizləmək üçün gecə saatlarından başlayaraq fəaliyyət göstərirlər. Meteoroloqlar qarlı və yağışlı hava şəraitinin bir neçə gün davam edəcəyini bildirirlər.
banner

Oxşar Xəbərlər