Türkiyə parlamentinin sədri TURKOVAC-la buster doza peyvənd olunub
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop koronavirus əleyhinə üçüncü dəfə peyvənd olunub.
"Report”xəbər verir ki, məlumatı "Haber türk” yayıb.
Bildirilib ki, M.Şentopun peyvənd olunduğu üçüncü doza vaksin TURKOVAC-dır.
Qeyd edək ki, TURKOVAC Türkiyə alimlərinin koronavirusa qarşı hazırladıqları peyvənddir.