Türkiyə ordusu İraqın şimalında üç şəhid verib

Türkiyə ordusu İraqın şimalında üç şəhid verib

Təfsilat
25 Avqust 2019, 17:40 4494
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında "Pəncə-3” antiterror əməliyyatı zamanı ağır itki ilə üzləşib.
 
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilir ki, "Pəncə-3” antiterror əməliyyatı zamanı PKK terrorçuları ilə qızğın atışma olub. Nəticədə qardaş ölkənin üç hərbçisi şəhid olub, yeddisi yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Bölgədə antiterror əməliyyatı davam edir.