• çərşənbə axşamı, 23 aprel, 20:36
  • Baku Bakı 20°C

Türkiyə ordusu Afrində strateji yüksəkliyi PYD/YPG terrorçularından təmizləyib

28.01.18 18:45 344
Türkiyə ordusu Afrində strateji yüksəkliyi PYD/YPG terrorçularından təmizləyib
Türkiyə ordusuSuriyanın Afrin bölgəsində strateji Burseya dağını PKK terror təşkilatınınSuriyaqolu PYD/YPG-dən təmizləyib.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, gecə saatlarında başlayan əməliyyat az əvvəl başa çatıb.

Burseya dağı Afrin şəhərinin şimal-qərbində yerləşir. Beton qüllələr və sığınacaqların yaradıldığı bu dağdan PYD/YPG Türkiyənin sərhəd şəhərlərini vəSuriyada müxalif AzadSuriyaOrdusunun nəzarətində olan Azez şəhərini atəşə tutub. Bu yüksəkliyin alınması həm də Afrin şəhərinin mühasirəyə alınması istiqamətində ilk addım sayılır.

Qeyd edək ki, Türkiyə ordusu müxalif AzadSuriyaOrdusu ilə yanvarın 20-dəSuriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatına başlayıb.
banner

Oxşar Xəbərlər