• cümə axşamı, 25 aprel, 18:08
  • Baku Bakı 21°C

Türkiyə ordusu 114 Suriya hərbçisini zərərsizləşdirib

27.02.20 09:21 743
Türkiyə ordusu 114 Suriya hərbçisini zərərsizləşdirib
Türkiyə ordusu iki hərbçisinin öldürülməsinə cavab olaraq Suriyanın hökumət ordusunun mövqelərinə zərbələr endirib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir.
Məlumata əsasən, zərbələr nəticəsində 114 Suriya hərbçisi zərərsizləşdirilib, 1 zenit-raket kompleksi, 3 tank və bir sıra texnika məhv edilib, 3 tank ələ keçirilib.
Xatırladaq ki, daha əvvəl Suriyanın hökumət ordusu İdlib deeskalasiya zonasında Türkiyə hərbçilərinin mövqeyinə hava zərbəsi endirib. Hava zərbəsi nəticəsində 2 Türkiyə hərbçisi həlak olub, 2-si isə yaralanıb.
banner

Oxşar Xəbərlər