• cümə axşamı, 25 aprel, 09:14
  • Baku Bakı 14°C

Türkiyə Müdafiə naziri Bəşər Əsəd rejiminin itkilərini açıqlayıb

28.02.20 14:52 775
Türkiyə Müdafiə naziri Bəşər Əsəd rejiminin itkilərini açıqlayıb
"Hərbçilərimizin Suriyanın şimalında, İdlib vilayətində hücuma məruz qalmasından sonra 200-ə yaxın hədəfə havadan və qurudan zərbə endirilib”.
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.
"Nəticədə 5 helikopter, 23 tank, iki zenit-raket kompleksi və 309 rejim əsgəri məhv edilib”, - deyə nazir vurğulayıb.
O qeyd edib ki, Türkiyə hərbçilərinin olduğu yerlər əvvəlcədən Rusiyanın səlahiyyətli şəxsləri ilə koordinasiya edilməsinə baxmayaraq, bu hücum həyata keçirilib: "Hücum zaman hərbçilərimizin ətrafında heç bir silahlı qrupun olmadığını vurğulamaq istəyirəm”.
Xatırladaq ki, İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində 33 hərbi qulluqçu şəhid olub.
banner

Oxşar Xəbərlər