• cümə, 19 Aprel, 10:28
  • Baku Bakı 13°C

Türkiyə Makronun qondarma Suriya demokratik qüvvələrinin nümayəndə heyəti ilə görüşünü pisləyib

20.04.19 09:17 427
Türkiyə Makronun qondarma Suriya demokratik qüvvələrinin nümayəndə heyəti ilə görüşünü pisləyib
Türkiyə Xarici İşlər Nazirliyi Fransa prezidenti Emmanuel Makronun PKK terror qruplaşmasının Suriya qolu - PYD/YPG tərəfindən idarə edilən qondarma Suriya demokratik qüvvələrinin nümayəndə heyəti ilə görüşünü pisləyib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə XİN-nin rəsmi nümayəndəsi Hami Aksoyun bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Terror təşkilatının Suriya qoluna süni legitimlik qazandırmaq məqsədini güdən bu təşəbbüs, çox yanlış addımdır. Türkiyə Suriyanın ərazi bütövlüyü və birliyinə qarşı yönəldilən hərəkətlərdən yayınmağa çağırır".
Qeyd edilir ki, Türkiyə öz milli təhlükəsizliyinin təmin edilməsi üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirməkdən çəkinməyəcək.

banner

Oxşar Xəbərlər