• cümə axşamı, 25 aprel, 18:18
  • Baku Bakı 21°C

Türkiyə lirəsinin kursu aşağı düşüb

23.03.19 07:07 625
Türkiyə lirəsinin kursu aşağı düşüb
Cümə günü Türkiyə lirəsin kursu aşağı düşüb. Trend-in məlumatına görə, bu Türkiyə Prezidenti Ərdoğanın ABŞ-ın Qolan yüksəkliklərini İsrailə aid olması barədə qərarını tənqid etdikdən sonra baş verib.
Lirənin dollara nisbətdə kursu 4% aşağı düşüb və bir dollara görə 5.7 lirə təşkil edib. İstanbul BİST birjasının indeksinə görə fond bazarı 3.5% itirib.
Türkiyənin Mərkəzi Bankı hərracları müvəqqəti olaraq dayandırıb.
Xatırladaq ki, Ərdoğan İsrailin Qolan yüksəkliklərinin işğalının qanuniləşdirilməsinə Türkiyənin heç vaxt imkan verməyəcəyini bildirib.
banner

Oxşar Xəbərlər