Türkiyə Kərkük-Ceyhan neft ixrac boru xəttinin işə düşməsini sürətləndirmək istəyir
Türkiyə İraqla enerji sahəsində əməkdaşlıq əlaqələrini inkişaf etdirmək sayəsində Kərkük-Ceyhan neft ixrac boru xəttinin işə düşməsini tezləşdirmək niyyətindədir.
AZƏRTAC-ın verdiyi məlumata görə, Türkiyənin İraqdakı səfiri Fatih Yıldız bildirib ki, İŞİD terror təşkilatı bölgədən təmizlənəndən sonra bu sahədə işlər sürətləndirilib. Səfir diqqətə çatdırıb ki, Kərkük-Ceyhan neft kəmərinin keçdiyi ərazi ilə daha bir ixrac xəttinin inşa olunması Türkiyə üçün strateji layihədir.