• şənbə, 20 Aprel, 19:31
  • Baku Bakı 24°C

Türkiyə hərbçiləri PKK terrorçularını zərərsizləşdirdi

13.06.21 11:00 222
Türkiyə hərbçiləri PKK terrorçularını zərərsizləşdirdi
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi "Pençe-Şimşek” antiterror əməliyyatı zonasında PKK-nın üç silahlısı zərərsizləşdirilib.
"Report”xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi tvitterdəki səhifəsində bildirib.
Məlumata görə, terrorçular mağaralardan birində gizləniblər, amma vaxtında aşkar ediliblər.
Onların gizləndiyi mağarada silah arsenalı, o cümlədən iki snayper tüfəngi, iki AK-74 avtomatı, 35 əl qumbarası, iki RPQ-7 qumbaraatanı, böyuk kalibrli pulemyot və xeyli sayda döyüş sursatı aşkarlanıb.
banner

Oxşar Xəbərlər