• cümə axşamı, 28 mart, 18:56
  • Baku Bakı 13°C

Türkiyə futbolunda qalmaqal: medallar dəyişik düşdü

12.08.13 10:10 1267
Türkiyə futbolunda qalmaqal: medallar dəyişik düşdü
“Qalatasaray” və “Fənərbaxça” klubları arasında Türkiyə Superkubokunun final matçında qalmaqal yaşanıb.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, “Qalatasaray”ın qələbəsi ilə başa çatan oyundan sonra Türkiyə Futbol Federasiyasının rəsmiləri medalları təqdim ediblər.
Öncə ikinci yeri tutan “Fənərbaxça” oyunçularına, sonra da “Qalatasaray” oyunçularına medallar təqdim olunub. Ancaq medalların hər iki komandaya yanlış verildiyi üzə çıxıb. Məlum olub ki, “Fənərbaxça” oyunçularına birinci, “Qalatasaray” futbolçularına ikinci yer üçün nəzərdə tutulan medallar verilib. Türkiyə Futbol Federasiyası medalları toplatdıraraq yenidən komandalara təqdim edəcək.
banner

Oxşar Xəbərlər