Türkiyə “F-16”ları Rusiya və Çin təyyarələri ilə əvəz edə bilər
Türkiyə Amerika istehsalı olan “F-16” qırıcılarını almaqdan imtina edə və Rusiyadan olan qırıcılar da daxil olmaqla, onların dəyişdirilməsi variantlarını nəzərdən keçirə bilər.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Çağrı Erhan bəyan edib.
“İnanıram ki, zəlzələlərdən sonra Türkiyə F-16 tələb etməkdən imtina edəcək, çünki dəyəri 20 milyard dollardır” - Ç. Erhan bildirib.
O qeyd edib ki, Ankara, Amerika Konqresinin hələ də müxtəlif növ bəhanələrlə təmin etməkdən imtina etdiyi “F-16”ları Vaşinqtondan tələb etməklə səhv edib.
“Türkiyə dərhal “F-16”larla bağlı qərarını dəyişdirməlidir. Digər variantlar da mövcuddur. Məsələn, Çinin Pakistana satdığı təyyarə, Rusiya təyyarələri, eləcə də “EuroFighter” qırıcıları”.