AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türkiyə-Azərbaycan arasında çox yaxında sadəcə şəxsiyyət vəsiqələri ilə səyahət edə biləcəyik - Çavuşoğlu

Türkiyə-Azərbaycan arasında çox yaxında sadəcə şəxsiyyət vəsiqələri ilə səyahət edə biləcəyik - Çavuşoğlu

10 Dekabr 2020, 19:36 283

Azərbaycan və Türkiyə vətəndaşları ölkələrini sadəcə şəxsiyyət vəsiqəsilə ziyarət edə biləcəklər.
Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu özünün "Twitter" hesabında yazıb.
O bildirib: "Qardaşım Ceyhun Bayramovla imzaladığımız protokolla Türkiyə-Azərbaycan arasında çox yaxında sadəcə şəxsiyyət vəsiqələrimiz ilə səyahət edə biləcəyik. "Bir millət, iki dövlət”ə elə bu yaraşar! Xeyirli olsun”.