• şənbə, 20 Aprel, 14:30
  • Baku Bakı 23°C

Türkiyə Afrində 811 terrorçu məhv edib

02.02.18 09:10 453
Türkiyə Afrində 811 terrorçu məhv edib
Türkiyə ordusununSuriyanın Afrin bölgəsində keçirdiyi "Zeytun budağı” əməliyyatı çərçivəsində fevralın 1-də PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus 14 obyekt dağıdılıb, 21 terrorçu məhv edilib. APA-nın xəbərinə görə, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.
Məlumata görə, əməliyyat başlayandan bu vaxtadək ümumilikdə 811 terrorçu məhv edilib.
Məlumatda həmçinin bildirilir ki, əməliyyata cəlb edilən təyyarələrin hamısı döyüş tapşırıqlarını uğurla yerinə yetirərək təhkim olunduqları aviabazalara qayıdıb.
Əməliyyatın planlı şəkildə davam etdirildiyi bildirilir.
Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-dəSuriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı” əməliyyatına başlayıb.
banner

Oxşar Xəbərlər