AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Türk Şurası Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası məqsədi ilə biznes-forum keçirəcək

Türk Şurası Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası məqsədi ilə biznes-forum keçirəcək

Cəmiyyət
11 Aprel 2021, 18:00 978

"Türk Şurası nümayəndə heyəti olaraq biz daha öncə, Ermənistan tərəfindən raket atılandan qısa müddət sonra da Gəncəyə gəlmişdik. Bu, bir faciədir”.
Bunu APA-ya açıqlamasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin üzvləri ilə birlikdə Gəncədə Ermənistanın raket zərbələri nəticəsində dağıntıya məruz qalmış binalara baş çəkən Türk Şurası Baş katibinin müavini Qismət Gözəlov bildirib.
Q. Gözəlov deyib ki, 44 gün davam edən Vətən müharibəsi zamanı Türk Şurası hər zaman Azərbaycanı dəstəkləyib, üzv dövlətlər adından bəyanatlar verilib: "İkinci Qarabağ Müharibəsindən sonra da Dağlıq Qaradağda həyata keçiriləcək quruculuq işlərində Türk Şurasına üzv dövlətlər dəstəklərini əsirgəməyəcəklərini bildiriblər. Bu il aprelin sonunda Türk Şurası çərçivəsində biznes-forumun keçirilməsi nəzərdə tutulur. Bu biznes-forumda məqsəd üzv ölkələrin iş adamlarını bir araya gətirmək, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində infrastruktur layihələrinin həyata keçirilməsində yaxından iştirak etməkdir”.